12px13px15px17px
Tarix:29/09/12

Nazir ABŞ-ın yeni səfiri ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunmuş nailiyyətlərlə tanış olduğunu deyən səfir ölkədə enerji sektorundan sonra İKT sahəsinin prioritet elan edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. İnternetin inkişafının da xüsusi diqqət çəkdiyini deyən Riçard Morninqstar qeyd edib ki, BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu (İİF) respublika üçün geniş imkanlar açacaq.

 Onun sözlərinə görə, bu forumda Azərbaycan beynəlxalq aləmə tolerant, iqtisadi cəhətdən yüksək inkişaf edən, həmçinin neft sektorundan sonra qeyri-neft sektorunu, o cümlədən də İKT sahəsini inkişaf etdirən nümunəvi ölkə kimi qazandığı nailiyyətləri nümayiş etdirə bilər: “İnternet İdarəçiliyi Forumuna ABŞ-ın Dövlət Departamentində İnformasiya-kommunikasiya texnologiyaları üzrə əlaqələndiricisi, səfir Filip Virvierin rəhbərliyi ilə böyük nümayəndə heyəti də gələcək və səfər çərçivəsində ABŞ-ın Azərbaycan tərəfinə təqdim etdiyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dövlət Departamenti arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması planlaşdırılır.

Ölkəmizdə son illər  İKT sektorunda aparılan islahatlar və həyata keçirilən layihələr, xüsusilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, eləcə də regional layihələrdən söz açan nazir ABŞ-la süni peyk sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, “Microsoft”la Azərbaycan Hökuməti arasında imzalanmış saziş, “Microsoft”un Azərbaycanda Data Mərkəzinin yaradılması və s. məsələlər haqda da səfiri məlumatlandırıb. Əli Abbasov ölkəmizdə “Elektron hökumət” quruculuğu istiqamətində aparılan tədbirlərin beynəlxalq təcrübəyə, o cümlədən ABŞ təcrübəsinə əsaslandığını da vurğulayıb.Sonda nazir Əli Abbasov səfirə fəaliyyətində uğurlar arzulayıb.




Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 İyul 2020

04 07 2020

04/07/20
“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

“Malwarebytes” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri “macOS” üçün faylları şifrlə

04/07/20
“Motorola One Fusion” smartfonu “HD plus” ekranı ilə təchiz olunub

Orta səviyyəli “Motorola One Fusion” smartfonunun rəsmi təqdimatı keçirilib.

04/07/20
“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

“Apple” şirkəti “Galaxy” smartfonları üçün “Samsung Dex” dok-stansiyasını (birləşdirici qur