12px13px15px17px
Tarix:29/09/12

İşə götürənlərə əməkdaşlarını sosial şəbəkələrdə izləmək qadağan edilib

Kaliforniya ştatının qubernatoru Cerri Braun məxfiliyin qorunması üçün nəzərdə tutulmuş iki qanun imzalayıb. Artıq işə götürənlər və müəllimlər əməkdaş və tələbələrindən “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdəki hesablarının şifrələrini tələb edə bilməzlər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, "Bütün dünyanı əhatə edən sosial şəbəkə inqilabı Kaliforniyadan başlanıb. Məhz Kaliforniya öz sakinlərini onların hesablarına “hücum”lardan birinci qorumalıdır" – Braun “Facebook” sosial şəbəkəsində belə yazıb.

Qeyd edək ki, ABŞ-da bu cür hadisələr kifayət qədər tez-tez baş verir. Məsələn, 2012-ci ilin aprelində Miçiqan ştatında çalışan müəllimə məktəb direktoruna “Facebook” hesabının şifrəsini verməkdən imtina etdiyinə görə müvəqqəti olaraq işdən uzaqlaşdırılmışdı.



 
EMİL




Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024