12px13px15px17px
Tarix:29/09/12

Böyük Britaniyada satışa brilyantlarla işlənmiş yeni “iPhone 5” çıxarılıb

“Apple” şirkətinin icraçı direktoru Fil Şiller yeni "iPhone 5" smartfonunu inci adlandırdıqda, çətin ki, o, Liverpulda yaşayan zərgərin brilyantlarla işlədiyi (bəzədiyi) smartfonu nəzərdə tutmuşdu.

"Deyli meyl" qəzetinin yazdığına görə, smartfonun təxminən 60 brilyant ilə işlənmiş 18 karat ağırlığında qızıldan olan xüsusi versiyası britaniyalı dizayner Styuart Hyuz tərəfindən hazırlanıb. Onun sözlərinə görə, cəmisi 100 belə "iPhone 5" smartfonu hazırlanıb. Belə aparatın qiyməti təxminən 22 min funt (35 min dollar) təşkil edəcək.

Aparatlar artıq satışa çıxarılıb, onları dizaynerin saytından satın almaq olar.Dünyada ən bahalı "iPhone" smartfonunu məhz Hyuz hazırlayıb. Onun avstraliyalı biznesmen üçün hazırladığı unikal “iPhone 4S Elite Gold” smartfonunun qiyməti 6 milyon funt (96 milyon dollar) təşkil etmişdi. Bu telefonda 500 brilyant istifadə olunmuşdu.



EMİL




Baxış sayı: 952

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024