12px13px15px17px
Tarix:01/10/12

Venesuela "Miranda" peykini orbitə buraxıb

Venesuela "Miranda" adlandırılmış ikinci peykini orbitə buraxıb. Çin dövləti bu işdə ona yardımçı olub. Yerli mütəxəssislər "Miranda" peyki vasitəsilə ölkə ərazisində gecə-gündüz müşahidə aparmaq niyyətindədirlər. Nəticədə ölkənin xəritəsi hər 40 gündən bir yenilənəcək. Bu peykin orbitə buraxılması haqqında saziş ötən ilin mayında Çinin sənaye şirkətlərindən biri ilə imzalanmışdı. Peykin hazırlanması 140 milyon dollara başa gəlib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Venesuelanın birinci peyki "Simon Bolivar" adlandırılmışdı. O, 2008-ci ilin oktyabrında orbitə buraxılmışdı. Onun təyinatı bir sıra sosial layihələrin telekommunikasiya dəstəyini həyata keçirmək idi. "Simon Bolivar" siqnalı Qərb yarımkürəsinin geniş ərazisini (Meksikanın cənubundan Argentina və Çiliyədək) əhatə edir.

İkinci peyk Fransisko de Mirandanın şərəfinə adlandırılıb. O, Şimali Amerikada qiyamçı Britaniya koloniyalarının istiqlaliyyəti uğrunda aparılan müharibədə iştirak etmiş, Böyük fransız inqilabının generalı olmuş, birinci Venesuela respublikasının yaradılmasında böyük zəhməti olmuş, generalissimus hərbi rütbəsi almış, lakin qoca yaşında ispanlara əsir düşmüş və həbsxanada ölmüşdür.
 
EMİL




Baxış sayı: 1152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024