12px13px15px17px
Tarix:01/10/12

Robot polis reallığa çevrilir?

Pol Verxovenin filmindəki “Robokop” ssenaristlərin fantaziyasından reallığa çevrilə bilər. Hər halda, müvafiq layihə üzərində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin mütəxəssisləri ilə birgə işləyən Florida Beynəlxalq Universitetinin tədqiqat laboratoriyasının əməkdaşları buna əmindirlər.

Əlbəttə, söhbət hələ ki kiborqun yaradılmasından getmir. Layihə çərçivəsində polis zabitlərini məsafədən idarə edəcək robotun yaradılması nəzərdə tutulur. Onu dərhal silahlandırmaq və təhlükəli tapşırıqlara göndərmək planlaşdırılmır; robot əvvəlcə cərimələrin yazılması kimi gündəlik işləri yerinə yetirəcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, robot-polisin qiyməti hələ ki bildirilmir. Həmçinin birinci nümunənin çıxarılma tarixi açıqlanmır. Konstruktorlar hazırda robot polisə etibar ediləcək funksiyaların siyahısını, həmçinin onun xarici görünüşünü müzakirə edirlər; belə ki, robot polisin xarici görünüşü insanlarda qorxu yaratmamalıdır.



EMİL




Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024