12px13px15px17px
Tarix:01/10/12

"Yandeks" brauzerinin birinci versiyasını istifadəyə verib

"Yandeks" – artıq yalnız internet-səhifə deyil. Rusiyanın ən böyük  axtarış sisteminin baş direktoru Arkadi Voloj şirkətin brauzerinin birinci versiyasını belə təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, brauzer Rusiya şirkətinin internet xidmətləri – (axtarış, xəritə, poçt, tərcüməçi və s.) ilə sıx şəkildə əlaqələndirilib. Digər müasir brauzerlərin əksəriyyətində olduğu kimi, “Yandex”in brauzerində də ünvan sətrinə həm saytların ünvanlarını, həm də axtarış sorğularını daxil etmək mümkün olacaq.

Brauzerə "Yandeks" və "Kasperski Laboratoriyası"nın antivirus həlləri inteqrasiya edilib və o, ziyanverici saytlardan müdafiədə  yardımçı olacaq.

"Yandeks"in brauzeri “WebKit” mühərrikinə əsaslanan açıq mənbə kodlu “Chromium” platformasından istifadə edir. Brauzer  “Adobe Flash” texnologiyasını dəstəkləyir və ona, həmçinin “pdf” fayllara baxış utiliti inteqrasiya edilib.

EMİL




Baxış sayı: 1599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024