12px13px15px17px
Tarix:01/10/12

İmişlidə internet istifadəçilərinin sayı artıb

Bu gün bütün bölgələrdə olduğu kimi, İmişlidə də informasiya texnologiyaları digər infrastruktur sahələrə sürətlə tətbiq edilib. Öz növbəsində İmişli TKQ üzərinə düşən məsuliyyəti dərindən dərk edərək əhalinin telefona olan tələbatının ödənilməsi, onların müasir texnologiyaların imkanlarından yetərincə istifadə etməsi məqsədilə davamlı tədbirlər həyata keçirir. İmişli TKQ yerləşdiyi “Rabitə evi” müasir alkoponla üzlənib, vətəndaşlara müasir xidmət göstərmək üçün abunə şöbəsi yaradılıb

. İmişli TKQ-nin rəisi İsmət Seyfullayev bildirib ki, RİTN “Aztelekom” İB və Rayon İcra Hakimiyyətinin böyük dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində  rayonda son dövrlərdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində böyük nailiyyətlər əldə olunub. İmişlidə bütün yaşayış məntəqələrinin optik kabellərlə təmin olunması başa çatıb. İsmət Seyfullayevin sözlərinə görə, rayonda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin əməkdaşları tərəfindən aparılan reydlər zamanı qaldırılan məsələlər tamamilə yerinə yetirilib.

”Reyd zamanı rayonun Hacımuradlı kəndində telefon probleminin olması qeyd edilmişdir. Yəni stansiya qurulsa da, vətəndaşların mənzilləri telefonlaşdırılmamışdır. Artıq o problem tamamilə aradan qaldırılıb. İndi biz bütün kəndlər üzrə gündəlik zədələnmələrin tam aradan qaldırılması ilə kənd sakinlərinin telefon rabitəsinə olan inamını bir daha artırmışıq”- deyən rəis kəndlərdə internet klubların yaradılması üçün hər cür şəraitin olduğunu, ayrı-ayrı kənd sakinlərinin bu xidmətdən asanlıqla istifadə etdiyini söylədi.

İ.Seyfullayev kənd ATS-lərinin birləşdirici xətlərinin optikləşdirilməsinin rabitə xidmətlərindən istifadə edənlərin sayına böyük təsir etdiyini bildirdi. Layihənin tərkib hissəsi olaraq sonuncu Xoşçobanlı və Qaravəlli kəndləri optikləşib. Telişli. Xəlfəli, Hacıalmuradlı və Kürdmahmudlu kəndlərində peyk rabitəsi mövcuddur. Bu kəndlərin də mərkəzlə birləşdirici xəttinin optik kabellərlə təmin edilməsi növbəti mərhələdə həyata keçiriləcək.

İmişli rayonu tamamilə CDMA tipli simsiz rabitənin əhatə dairəsinə qatıldığından rayonda telefonlaşdırma sahəsində heç bir problem yoxdur. Hətta rayonun ən ucqar kəndlərindən olan Murquzalılar kəndində də bu xidmətdən istifadə etmək olar.

Kəndlərin optik kabellərlə təmin edilməsi sakinlərin bu xidmətlərdən böyük həvəslə istifadə etməsinə şərait yaradıb. Hazırda Qardonlu,  Göbəktala, 32-lər, Mərzəli, Bəcirəvan, Sərxanlı, Qaragüvəndikli kəndlərində  və Bəhramtəpə qəsəbəsində genişzolaqlı internet abunəçiləri var. Ümumilikdə 1100 ADSL abunəçisinin 715-i “aztelekom.net” internet provayderinin payına düşür.
 




Baxış sayı: 1573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024