12px13px15px17px
Tarix:01/10/12

“WebOS” əməliyyat sistemi açıq mənbə kodlu sistemə çevrilib

“Hewlett-Packard” (HP) şirkəti “webOS” əməliyyat sistemini (ƏS) açıq mənbə kodlu ƏS-nə çevirmək üzrə işləri bitirib. Şirkət platformanın “Open webOS 1.0” birinci sabit versiyasını istifadəyə verib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, əməliyyat sistemində hər hansı ciddi dəyişikliklər edilməyib, onu smartfon və planşetlərə quraşdırmaq olar.

“Open webOS 1.0” ƏS-nin mənbə kodunu “Github” saytından yükləmək olar. “HP” ƏS-nə yeni funksiyalar əlavə edəcəyinə söz verib.

Müstəqil tərtibatçılar qrupu açıq mənbə kodlu “webOS” ƏS-ni  “Galaxy Nexus” smartfonunun GSM versiyasına uğurla “daşıyıblar”. Platforma simsiz “Wi-Fi” şəbəkələrinə qoşula bilir, lakin telefonun zəng və SMS kimi mühüm funksiyası onda hələ ki işləmir.




EMİL




Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024