12px13px15px17px
Tarix:02/10/12

İran “Gmail” elektron poçtuna çıxış imkanını bərpa edib

İran “Gmail” və “Google”-un bir çox digər xidmətlərinə çıxış imkanını bərpa edib, lakin “YouTube”-a çıxış əvvəlki tək mümkün deyil. Qeyd edək ki, İran İslam Respublikası "Müsəlmanların məsumluğu" çarxının “YouTube”-da yerləşdirilməsinə cavab olaraq Amerika şirkətinin müxtəlif resurslarına çıxış imkanını bağlamışdı.

İranın Tehran və digər bir neçə böyük şəhərinin internet istifadəçiləri artıq təxminən 1 həftədir ki “Gmail” və internet-şirkətin digər layihələrinə çıxış imkanına malik deyillər. Statistika məlumatına görə, ölkə ərazisində “Google” elektron poçtuna çıxış sentyabrın 24-də bağlanıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ölkənin hakimiyyət orqanları “Google” resurslarının blok edilməsilə bağlı izah verməyiblər.




EMİL




Baxış sayı: 1364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024