12px13px15px17px
Tarix:02/10/12

“Yahoo!”-nun baş direktoru Marissa Mayer ana oldu

“Yahoo!” internet-şirkətindən verilən məlumata əsasən, yeni baş direktor Marissa Mayer oğlan uşağı dünyaya gətirib. Həm ana, həm də uşaq özünü normal hiss edir. Doğum haqqında Marissanın həyat yoldaşı, iş adamı Zak Bouq da bu gün “Twitter” mikrobloqunda məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Marissa Mayer 2012-ci ilin iyulunda “Yahoo!” internet-şirkətinin baş direktoru olub. O, bundan əvvəl 13 il “Google” şirkətində çalışıb.

Marissa “Fortune” nəşrinə verdiyi müsahibəsində bildirmişdi ki, o, doğumdan sonra bir neçə həftə iş həyatından uzaq olacaq. Mayeri seçmiş “Yahoo!”-nun Direktorlar şurası hamiləliyin onun peşəkar vəzifələrini icra etməsinə mane olmayacağını hesab etmişdi.

Mayer Stenford Universitetində təhsil alıb, simvolik sistemlər və kompüter elmləri magistri sahəsində bakalavr dərəcəsinə malikdir. “Fortune” jurnalı onu 4 dəfə biznesdə fəaliyyət göstərən 50 ən nüfuzlu qadın siyahısına daxil edib.
 
EMİL




Baxış sayı: 1240

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024