12px13px15px17px
Tarix:02/10/12

“Google” simaları tanıyacaq

“Google” internet-şirkəti Ukraynanın üzlərin tanınması texnologiyasının hazırlanması ilə məşğul olan “Viewdle” startapını satın almaq niyyətindədir.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google” üzlərin tanınması texnologiyasını “Google+” sosial şəbəkəsi, “Picasa” xidməti və “Android” mobil platformasında istifadə edə bilər.

“BusinessWeek” nəşrinin məlumatına görə, “Viewdle” firmasında 36 əməkdaş çalışır. Mənbənin məlumatına görə, saziş bağlandıqdan sonra onlar “Google”-da çalışacaqlar.

“Google” və “Viewdle” nümayəndələri saziş haqqında informasiya verməkdən imtina ediblər.
“Google” üzlərin tanınması texnologiyalarına çoxdan maraq göstərir; şirkət bu məqsədlə 2011-ci ilin iyulunda “PittPatt” startapını satın almışdı.

EMİL




Baxış sayı: 1248

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024