12px13px15px17px
Tarix:02/10/12

Şirvan şəhərinin dövlət şəhərsalma kadastrının yaradılması üzrə açıq tender keçirilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına "Dövlət satınalmaları haqqında" qanunun şərtləri əsasında Şirvan şəhərinin dövlət şəhərsalma kadastrının yaradılması üzrə açıq  tender keçirir. Tender Nazirlər Kabinetinin 19.03.2012-ci il tarixli 71s nömrəli sərəncamının və 04.09.2000-ci il tarixli 159 nömrəli qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydaları"na uyğun olaraq aparılır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən (DŞAK) məlumat verilib. 

Komitədən bildirilib ki, iddiaçılar Azərbaycan dilində tərtib olunmuş tenderin  əsas şərtlər toplusunu DŞAK-a tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və müvafiq hesaba iki yüz manat məbləğində vəsaiti ödədikdən sonra ala bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları müvafiq texniki, maliyyə və mütəxəssis imkanlarına malik olmalıdırlar. İddiaçılar, tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və dəyər seçki üsuluna əsasən seçiləcəklər.

Tenderdə iştirak etmək istəyən iddiaçıların və yaxud konsorsium qismində iştirak edən iddiaçıların hər hansı birinin şəhərsalma sənədlərinin hazırlanması üzrə xüsusi razılıq (lisenziya) sənədi olmalıdır. İşin icra müddəti 30 aydır. İddiaçıların təklifləri olan zərflər 14 noyabr  2012-ci il yerli vaxtla saat 16:00-da komitənin iclas zalında tender komissiyası tərəfindən açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
 
HƏQİQƏT




Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024