12px13px15px17px
Tarix:02/10/12

Nazir Əli Abbasov Koreyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Çoi Suk-İnlə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Koreya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Çoi Suk-İnlə görüşüb. Görüşdə 2005-ci ildən indiyə qədər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində Koreya-Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub, 2006-2007-ci illərdə ölkələrin müvafiq nazirlikləri arasında İKT sahəsi üzrə imzalanmış Anlaşma Memorandumunun istiqamətləri müzakirə edilib.

Eyni zamanda, Koreyanın "Daewoo Telecom" şirkətinin Naxçıvan Muxtar Respublikasında quraşdırdığı telekommunikasiya avadanlıqlarının ödənişi ilə bağlı məsələnin uğurla həll olunduğu vurğulanıb. Daha sonra poçt sahəsində Azərbaycan-Koreya əməkdaşlığı, Koreya İxrac-İdxal Bankının Azərbaycanda "Elektron Hökumət"in tətbiqi ilə bağlı təklif etdiyi maliyyə vəsaiti, həmçinin Koreyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı məsələ müzakirə edilib.

Nazir Əli Abbasov Koreya universitetlərində azərbaycanlı tələbələrin təhsillərini davam etdirməsi, o cümlədən İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi və bu sahə üzrə biliklərinin artırılmasına Koreya hökuməti tərəfindən imkan yaradılmasını yüksək dəyərləndirib. Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə  buraxılması ilə bağlı elan edilmiş tenderə diqqət çəkən nazir tenderə Koreya şirkətinin maraq göstərdiyini də vurğulayıb.

Eyni zamanda Azərbaycanda genişzolaqlı internet xidmətlərinin tətbiqi istiqamətində həyata keçirilən layihələrdə koreyalı şirkətlərin də iştirakını məqsədəuyğun hesab edən Əli Abbasov BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu (İİF), eləcə də "Bakutel" sərgi-konfransında Koreya nümayəndə heyətinin də təmsil olunmasını tövsiyə edib.





Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye