12px13px15px17px
Tarix:03/10/12

“Windows 7”-nin stolüstü əməliyyat sistemi bazarında payı 50 faizdən çoxdur

“Net Applications” şirkətinin statistikasına əsasən, 2012-ci il oktyabrın əvvəlində “Windows 7”-nin əməliyyat sistemi (ƏS) bazarında payı  44 faizi ötüb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, digər populyar ƏS-nin göstəriciləri getdikcə azalır. Belə ki, ikinci yerdə qərarlaşmış “Windows XP” ƏS-nin bazar payı 41,23 faiz təşkil edir. Bu göstərici ötən ay 42.52 faizə bərabər idi. “Vista” ƏS-nin payı 6,15 faizdən 6,05 faizə qədər azalıb.

“Linux” ƏS quraşdırılmış sistemlər əvvəlki kimi təxminən 1,1 faiz kompüterdə quraşdırılıb. “Windows 8” ƏS-nin beta-versiyası ƏS bazarının 0.26 faizinə nəzarət edir.






EMİL




Baxış sayı: 1272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024