12px13px15px17px
Tarix:03/10/12

Nuşirəvan Məhərrəmli: «Azərbaycanın mövcud iqtisadi imkanları rəqəmsal yayıma keçidlə bağlı yaranacaq problemləri aradan qaldırmağa imkan verəcək»

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi şuranın qaşıdakı 10 il üçün hədəflərini ictimaiyyətə təqdim edib.  "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, N.Məhərrəmli MTRŞ-nin yaradılmasının 10-cu ildönümü ilə bağlı jurnalistlərə açıqlama verib. O bildirib ki, Azərbaycan sürətlə inkişaf edir.

Burada siyasi-iqtisadi inkişafla bərabər, teleradio sahəsində də müəyyən işlərin görülməsi nəzərdə tutulub. Şura sədrinin sözlərinə görə, qarşıda rəqəmsal yayıma keçidlə bağlı çoxlu problemlər ortaya çıxacaq.

Lakin N.Məhərrəmli hesab edir ki, Azərbaycanın mövcud iqtisadi imkanları bu problemləri aradan qaldırmağa imkan verəcək: «Milli televiziya yayımçılarının öz məsuliyyətlərini dərk etmələrini çox istərdik. İstərdik ki, milli-mənəvi dəyərlərə uyğun, maarifləndirici, intellektual xarakterli verilişlər çox olsun. Azərbaycan tamaşaçıları daha çox xarici yox, milli telekanallara baxsın. Bu bizim əsas vəzifələrimizdən biridir".

Hazırda Şura qarşısında duran əsas problemlərdən birinin efirdə milli-mənəvi dəyərlərə uyğun verilişlərin az  olduğunu dilə gətirən N. Məhərrəmli əlavə edib ki, Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də son zamanlar problemli ailələr üzərində tok-şouların qurulmasıdır: «Bu bizi çox narahat edir.

Bunun tədricən aradan qaldırılması bizim hədəfimizdir. Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək. Hazırda telekanallarda Azərbaycan dili ilə yanaşı, başqa dillərdən də istifadə edirlər. Bəzi telekanallar bu məsələlərdən sui-istifadəyə yol verirlər".

SEYMUR




Baxış sayı: 980

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024