12px13px15px17px
Tarix:03/10/12

“SOCAR Ukrayna” mobil əlavə istifadəyə verib

“SOCAR Ukrayna” şirkəti “iOS” və “Android” əməliyyat sistemi olan qurğular üçün mobil əlavə  istifadəyə verib.

 “ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, bu əlavə vasitəsilə mobil cihaz sahibləri “SOCAR” brendi altında fəaliyyət göstərən ən yaxın yanacaqdoldurma məntəqəsinin yeri və təklif etdiyi xidmətlər, habelə “SOCAR Ukrayna”nın mövcud səhmləri barədə məlumat alacaqlar.

Mobil əlavə pulsuz yüklənir. Ondan istifadə etmək üçün internetdən müvafiq proqramı yükləmək kifayətdir. Proqramı işə saldıqdan sonra, istifadəçi avtomatik olaraq rusdilli menyuya daxil olur. “SOCAR Ukrayna” ümid edir ki, bu əlavə vaxtına qənaət edən və həmişə şirkətin yeniliklərindən xəbər tutmağa çalışan müştərilər üçün faydalı olacaq.






CAHANGİR




Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024