12px13px15px17px
Tarix:04/10/12

“Azərbaycanda elm və texnologiyalar sahəsində “Thomson Reuters” agentliyi ilə əməkdaşlığın perspektivləri” mövzusunda elmi konfrans keçiriləcək

Oktyabrın 4-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə "Park inn" otelində "Azərbaycanda elm və texnologiyalar sahəsində "Thomson Reuters" agentliyi ilə əməkdaşlığın perspektivləri" mövzusunda elmi konfrans keçiriləcək. Konfransda "Thomson Reuters" agentliyinin icraçı vitse-prezidenti Keyt Makqreqor, "Thomson Reuters" agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə direktoru David Horki, Təhsil Nazirliyinin,  Müəllif Hüquqları Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Thomson Reuters" agentliyinin "Elmi mükəmməlliyə görə" birgə mükafatlarının təqdimat mərasimi də nəzərdə tutulub.
Qeyd edək ki, Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan "Tomson Röyters" 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib. İlkin nəşrə sonradan sosial, incəsənət və humanitar sahələrdə digər vacib indekslər əlavə edilib və artıq 1996-cı ildə çoxfunksiyalı "Veb Elmlər" yaradılıb.

Bu gün "Veb Elmlər" dünyanın ən yüksək nüfuzlu jurnallarında çap edilən və 100 ildən artıq məlumat toplularının əks olunduğu məlumat bazasından ibarət olan "Veb Bilik" platformasının bir hissəsidir. Hazırda 92 ölkədə 6.500-dən çox təşkilat ən əhəmiyyətli elmi ədəbiyyatları tapıb əldə etmək istəyən fakültə, tələbə və tədqiqatçılar daxil olmaqla, elmi və tədqiqat müəssisələrinin bütün aspektlərinə kömək etmək üçün agentliyin resurslarından istifadə edir.

Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya bu elm aləmini başa düşmək, eləcə də fondların bölüşdürülməsi, kadr təminatı və digər bu kimi məsələlərdə qərar çıxarmaq üçün məhz "Thomson Reuters"in məlumat bazasına etibar edir.  Qeyd edək ki, məşhur "Reuters"  İnformasiya Agentliyi təşkilatın strukturuna daxildir.




Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024