12px13px15px17px
Tarix:04/10/12

Noyabrda informatika və informasiya texnologiyaları üzrə beynəlxalq onlayn yarış keçiriləcək

Cari ilin 12-15 noyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində informatika və informasiya texnologiyaları üzrə "Bobyor" beynəlxalq distant yarış keçiriləcək. Müsabiqənin məqsədi tələbə, şagird və müəllim heyəti tərəfindən təhsildə informasiya texnologiyalarının daha intensiv şəkildə tətbiqinə nail olmaq, məktəbdə uşaqları informasiya texnologiyaları ilə daha erkən yaşdan maraqlandırmaq, şagirdlərin alqoritmlər və məntiqi təfəkkürünün inkişafı ilə yanaşı, onların informasiya mədəniyyətini formalaşdırmaq, eyni zamanda yaradıcı potensialını inkişaf etdirmək, həmçinin informasiya texnologiyasından daha sürətli, yaradıcı formada istifadə edən tələbə və şagirdləri müəyyən etməkdir. Müsabiqədə orta və orta ixtisas məktəblərinin şagirdləri iştirak edə bilər. İştirakçılar 3-4, 5-6, 7-8, 9-10-cu siniflər üzrə dörd yaş qruplarına bölünür.

 Müsabiqədə paralel olaraq 1-2-ci  siniflər üçün "Bobrik" yarışması da keçirilir. Yarışmaya Azərbaycan məktəbliləri, o cümlədən informatika müəllimləri də qatıla bilər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə ümumtəhsil müəssisələri üçün nəzərdə tutulan "İnformatika" dərsliyinin həmmüəlliflərindən biri, informatika müəllimi, "http://www.informatik.az/" saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində vacib şərt məktəblərdə internetə qoşulmuş kompüter otaqlarının olmasıdır: "Məktəbin təşkilatçısı iştirakçıların bu yarışmada müstəqilliyini təmin etməlidir. Yarış 4 gün davam edəcək və nəticələr poçtla məktəb təşkilatçılarına çatdırılacaq.

Məsələlər rus dilindədir. Qeyd edim ki, yarışa hazırlaşmaq üçün nümunə kimi test formasında 9 məsələ verilib. Şagirdlər burada özlərini sınaya bilər. Sınaqdan sonra düzgün cavablar da göstərilir və alınmış nəticələr müzakirə olunur". Müsabiqədə ağırlıq dərəcələrinə görə 3 səviyyədə - 6, 9 və 12 balla müəyyənləşən 15 tapşırıq təqdim ediləcək. Səhv cavaba görə iştirakçı tapşırıq ballarının 1/3-i qədər cərimə ediləcək və bunun üçün ümumi baldan çıxılacaq.  

Qeyd edək ki, məktəblərin bu yarışmada iştirak etməsi üçün əvvəlcədən təşkilatçı müəyyənləşdirilməli, onun vasitəsilə müsabiqənin keçirildiyi "http://bebras.ru/" saytına ərizə ilə müraciət etməli və bunun üçün müəyyənləşdirilmiş xərcləri ödəməlidir. Hazırda müsabiqədə Avstriya, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Slovakiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Çexiya və s. kimi 17 ölkə iştirak edir.
 
HƏQİQƏT




Baxış sayı: 1171

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024