12px13px15px17px
Tarix:04/10/12

“Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

“Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün müvafiq tədbirlərin həyata keçirilməsi işləri tapşırılıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən həmin Fərmanın ona aid olan bütün bəndlərinin icrası təmin edilib.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə DTXK-nın İnformasiya Texnologiyaları sektorunun müdiri Cavid Abdullayev məlumat verib. O bildirib ki, son zamanlarda göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsini təmin edən billinq sistemləri  fəaliyyətə başlayıb, həmçinin, komitənin tabeliyində olan Bakı Kartoqrafiya Fabriki tərəfindən yeni elektron xidmət – “Xəritə və atlasların onlayn satışı” istifadəyə verilib.

S.Abdullayevin sözlərinə görə, DTXK-nın tabeliyində olan qurumların – Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət Aerogeodeziya Müəssisəsinin, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin yeni internet informasiya ehtiyatlarının hazırlanması prosesi yekunlaşıb: «Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Fərmanına uygun olaraq yeni yaradılacaq “ASAN xidmət” mərkəzlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən göstəriləcək xidmətlərin yüksək keyfiyyətinin təmin olunması ilə əlaqədar əməli tədbirlər həyata keçirilir.

Elektron xidmətlər və bununla əlaqədar yaradılan infrastrukturun gələcəkdə Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edəcəyinin nəzərə alınması baxımından müvafiq standartların yaradılmasına zərurəti meydana çıxıb. Bununla əlaqədar olaraq “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb və  Azərbaycan Respublikasının “İSO/TC211-də P-member” statusunda üzvlüyü təmin olunub».

DTXK-nın BMT-nin Qlobal Geoməkan Məlumatları İdarəolunması üzrə Ekspertlər Şurasında və bir sıra digər nüfuzlu təşkilatlarda ölkəmizi təmsil etməyə başladığını vurğulayan C.Abdullayev onu da bildirib ki, ictimaiyyəti məlumatlandırmaq, vətəndaşların elektron xidmətlərdən istifadəsini stimullaşdırmaq məqsədilə görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində, dövri mətbuatda geniş isıqlandırılır: «Komitədə mövcud informasiya ehtiyatlarının tam elektronlaşdırılması və onların digər qurumların verilənlər bazaları ilə interoperabelliyinin təmin edilməsi ilə əlaqədar intensiv işlər davam etdirilir».

SEYMUR




Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir