12px13px15px17px
Tarix:04/10/12

Gənclər üçün “Activism Network Week” layihəsi başlayır

Azərbaycanda gənclər üçün “Activism Network Week” layihəsi başlayır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə təlimçi-marketoloq Mirşahbaz Seyidli məlumat verib. Onun sözlərinə görə, layihə gənclər arasında fəaliyyətin şəbəkələşmə vasitəsilə aparılmasını nəzərdə tutur.

“Gənclərin Aktiv Həftəsi” allanan layihə oktyabrın 7-nə qədər davam edəcək. “Bu tədbir “Joint Civic Education” beynəlxalq təşkilatının maliyyə dəstəyi, “Baku Languages and Business School”-un resurs dəstəyi və “AEGEE-Bakı” təşkilatının təşkilati dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində həyata keçirilir.

İlk tədbir iştirakçıların bir-biri ilə tanışlığı, “Layihə konstitusiyası”nın tərtibi, müxtəlif oyunlar və “Marketing Startup” təlimi ilə nəticələnib. Layihədə mühazirələr keçiləcək və iştirakçılara sonda sertifikatlar təqdim olunacaq”.

Təlimçi-marketoloq qeyd edib ki, layihənin əsas vəzifələrinə gənclərin ictimai fəallığının artırılması, onların təşəbbüslərinin həyata keçirilməsi (məsələn, layihə şəklində), onların potensiallarının üzə çıxarılıb inkişaf etdirilməsi və s. daxildir: “Ümumilikdə layihə gənclər arasında açıq ünsiyyət və fikir mübadiləsi, birgə işdə əməkdaşlıq kimi ideyaları öndə tutaraq, gənclərin daha da inkişaf etməsinə nail olmağı prioritet hesab edir. Layihənin davam etdiyi müddətdə hər gün 2 seminar olacaq. Hazırda layihədə iştirak üçün 450 ərizə qəbul etmişik, onlardan layihə üçün uyğun olan 280 nəfər müsahibə mərhələsinə dəvət olunub. Layihədə 30 nəfər iştirak edir”.

Qeyd edək ki, “AEGEE” (fr. Association des Etats Generaux des Etudiants de l'Europe, yəni Avropa Tələbələri Forumu) Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15.000-dək müxtəlif  mədəniyyətlərə malik tələbəni özündə birləşdirir.
 
 
HƏQİQƏT
 




Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024