12px13px15px17px
Tarix:05/10/12

“Microsoft” planşetinin çıxarılma müddətini açıqlayıb

“Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən “Surface” planşeti ABŞ-da oktyabrın 25-dən 26-na keçən gecə satışa çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Microsoft” hələ ki qurğunun qiymətini açıqlamır. Şirkətin direktoru Stiv Balmer bundan əvvəl “Surface” planşetinin qiyməti haqqında qeyri-müəyyən fikir bildirib: onun sözlərinə görə, planşetin qiyməti 300-800 dollar təşkil edəcək.

“Surface” planşeti “Microsoft”un hazırlamasıdır; şirkət planşeti 2012-ci il iyunun ortasında elan edib. “Surface” planşeti “Windows 8” ƏS-i ilə işləyəcək. Qurğunun “ARM” prosessoru və “x86” prosessoru ilə olan versiyaları nəzərdə tutulub.







EMİL




Baxış sayı: 1154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024