12px13px15px17px
Tarix:05/10/12

Amerika jurnalına “Twitter”li ekran quraşdıracaqlar

2012-ci il oktyabrın 5-dən etibarən Amerikanın “Entertainment Weekly” jurnalının nömrəsinə quraşdırılacaq maye kristal ekran real vaxt rejimində “Twitter” yazılarını əks etdirəcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, jurnallarda ekranları öz reklam kampaniyası çərçivəsində Amerikanın “The CW” telekanalı yerləşdirəcək. Ekran üçün tvitlər kanalın mikrobloqundan götürüləcək.

Ekran “Entertainment Weekly” jurnalının səhifələrindən birində yerləşdiriləcək. Ekran jurnala quraşdırılmış və “Android” əməliyyat sistemi ilə işləyən qurğunun hissəsidir. Qurğu mobil şəbəkələrə qoşula bilir.

Ekran toxunuşlara reaksiya verə bilmir, buna görə jurnalın oxucuları mesaja cavab verə və ya "retvit" edə bilməzlər. “Entertainment Weekly” jurnalının “Twitter” nömrəsi məhdud  tirajla çıxacaq.



EMİL




Baxış sayı: 1384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024