12px13px15px17px
Tarix:05/10/12

Yerli mobil operator növbəti dəfə Tələbə Təqaüdü Proqramına başlayır

“Azercell Telekom” MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib. Bu ilin oktyabrın 1-dən başlayan Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Bu barədə “ICTnews”-a şirkətdən verilən məlumatda bildirilib.

Bu proqram çərçivəsində seçim mərhələlərindən uğurla keçən tələbələr cari tədris ilində “Azercell”in təsis etdiyi təqaüdü alacaqlar.  Bundan əlavə, tələbələr üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq imkanı yaradılır.

Belə ki, proqram iştirakçılarına şirkətin təlimlərinə qatılmaq şansı da verilir. Həmçinin, bacarıqlı tələbələrin “Azercell”də təcrübə keçməsi də mümkündür.

Tələbə Təqaüdü Proqramına Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim prosesi zamanı marketinq və ya informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alanlara üstünlük veriləcək.

 RƏVAN




Baxış sayı: 1205

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024