12px13px15px17px
Tarix:05/10/12

Tələbə gənclər təşkilatları üçün internet jurnalistikası ilə bağlı kurslar keçirilir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.11. yarımbəndində internet jurnalistikası üzrə təlimlərin təşkili nəzərdə tutulub.

Qeyd edilən bəndin icrasını təmin etmək məqsədi ilə 04-07 və 11-14 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının sədr və sədr müavinləri üçün “Yeni media: əlaqələrin qurulması, birgə fəaliyyət, informasiya mübadiləsi” mövzusunda təlim kursuna start verib.

Bu barədə ICTnews" elektron xəbər xidmətinə GİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, təlim kursunun keçirilməsində əsas məqsəd tələbə gənclər təşkilatlarının kütləvi informasiya vasitələri ilə birgə işləmək, məlumatı əldə etmək və ötürmək sahəsində fəaliyyəti qurmaq imkanlarını öyrənmək və inkişaf etdirmək, informasiya mübadiləsini aparmaq, bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək göstərməkdir.

Tədbir çərçivəsində 110 nəfər tələbə liderlərin respublikanın tanınmış media nümayəndələri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

SEYMUR




Baxış sayı: 1482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024