12px13px15px17px
Tarix:06/10/12

Bundan sonra elmi-texniki əsərlərin digər əcnəbi dillərə tərcüməsi daha mükəmməl həyata keçiriləcək

Bundan sonra elmi-texniki, eləcə də klassik, müasir ədəbi-mədəni nümunələrin, publisistik əsərlərin digər əcnəbi dillərə tərcüməsi daha mükəmməl həyata keçiriləcək. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkili haqqında AMEA Rəyasət Heyəti sərəncam imzalamışdır.

AR Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 23 may 2012-ci il tarixli, 2236 №-li sərəncamı ilə respublikada müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün AR Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılmışdır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.

Akademiyadan bildirilib ki, Tərcümə Mərkəzinin Azərbaycanın klassik və müasir ədəbi-mədəni nümunələrinin, elmi, texniki və publisistik əsərlərin dünya xalqlarının dillərinə, həmçinin aparıcı dünya ədəbiyyatlarının Azərbaycan dilinə tərcümə prosesinin mükəmməl təşkili və təkmilləşdirilməsi istiqamətində fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Sərəncamda tərcümə sahəsində elmi-texniki nailiyyətlərin əks olunması və AR Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkil edilməsi məqsədilə AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə Tərcümə Mərkəzinin işinin təmin olunması üçün tərcüməsi nəzərdə tutulan əsərlərdən ibarət təkliflər paketinin hazırlanıb bir həftə ərzində AMEA Rəyasət Heyətinə təqdim edilməsi və təkliflər hazırlanarkən əsərlərin elmi-nəzəri, ədəbi-estetik əhəmiyyəti nəzərə alınmaqla onların orijinalının və tərcümə olunacaq dillərin ədəbiyyat siyahısında əksini tapmasına diqqət yetirilməsi tapşırılmışdır.


HƏQİQƏT




Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir