12px13px15px17px
Tarix:06/10/12

MHŞT üzrə Beynəlxalq Katiblik videomüsabiqə elan edir

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Katiblik “Ölkənizdə təbii resursların nəticələrini görürsünüzmü?” mövzusunda videomüsabiqə elan edir. Müsabiqə ölkəsində MHŞT-nin tətbiq edilib-edilməməsindən asılı olmayaraq bütün ictimaiyyətə açıqdır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Fonddan bildirilib ki, videoçarxlarda MHŞT tətbiqinin ölkədə hansı dəyişikliklər yaratması, hesabatlılığın ölkədə ictimai debat və islahatları necə stimullaşdırması, vətəndaşların və təşkilatların mineral ehtiyatlardan daxil olan gəlirlər barədə informasiyalardan necə istifadə etməsi əks oluna bilər. Videomüsabiqənin keçirilməsində əsas məqsəd MHŞT haqqında insanları məlumatlandırmaq və təşəbbüsü daha geniş yaymaqdan ibarətdir.

Müsabiqədə qalib gəlmiş videomükafat (EITI Chair Award) və 5000 ABŞ dolları ilə təltif olunacaq. Hazırlanmış videoların Beynəlxalq Katibliyə təqdim olunması üçün son müddət 31 dekabr 2012-ci ildir. Müsabiqə haqqında ətraflı məlumatla Videomüsabiqə;
http://eiti.org/public-video-competition linklərindən tanış olmaq mümkündür.

HƏQİQƏT




Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

16 02 2020