12px13px15px17px
Tarix:08/10/12

AMEA-nın vitse-prezidenti Arif Həşimov: “İTİ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi nəticəsində çox güclü baza yaradıb”

Respublikada elmin inkişafı Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya tam uyğun olaraq gedir. Bu sahədə “Thomson Reuters” agentliyi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq vacibdir ki, onların fəaliyyətinə qoşulmaq üçün də bu gün Azərbaycanda müasir texniki baza yaradılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  bu barədə AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov məlumat verib.

Onun sözlərinə görə, dünya elminə inteqrasiya etmək üçün yerli institutlarımızın maddi-texniki bazaları, laboratoriyaları, fəaliyyət dairələri, kitabxanaları mövcuddur: “İntellektual potensialımızı qiymətləndirməklə elm sahəsində inkişaf dinamikasının əsas standartlarını müəyyən edə bilərik. Artıq bir neçə tədqiqat institutumuzun laboratoriyalarının maddi-texniki bazalarının gücləndirilməsi üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb və bu davam edir. Bunlar həm AMEA tərəfindən, həm Təhsil Nazirliyi və s. tərəfindən həyata keçirilir, eyni zamanda AMEA-nın Mərkəzi Elmi Kitabxanası ən müasir avadanlıqlarla təchiz olunacaq.

Yeni binanın tikilməsi artıq sürətlə gedir. Növbəti ildən bu kitabxana fəaliyyətə verildikdən sonra “Thomson Reuters” kimi agentliklərin fəaliyyəti ilə daha da yaxından tanış ola biləcəyik. Artıq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi nəticəsində çox güclü baza yaradıb və gücü get-gedə artmaqdadır”.

Vitse-prezident qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycanda elmi məlumatların toplanmasında, emal olunmasında kifayət qədər təcrübəsi var və bu sahədə çox böyük işlər görülür: “Eyni zamanda, bu gün Azərbaycanda “Elekton hökumət”lə bağlı aparılan fəaliyyəti qeyd etməliyəm. Bunun əsas atributlarından biri də “Elektron elm” hissəsidir.

Yaxınlarda -15-16 noyabr tarixlərində respublikamızda bu istiqamətdə böyük bir konfransın keçirilməsi nəzərdə tutulur. İnformasiya Texnologiyaları İnstitutu artıq buna hazırlaşır. Çox istərdim ki, bu konfransda “Thomson Reuters” agentliyinin iştirakı da təmin olunsun ki, onlar burada iştirak etməklə öz töhfələrini verə bilsinlər”.
 
HƏQİQƏT




Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir