12px13px15px17px
Tarix:09/10/12

Fuad Kərimov: “MHA zəmanət verir ki, “Thomson Reuters”dən istifadə zamanı xarici müəlliflərin hüquqları gözləniləcək”

Azərbaycan elmi çox zəngindir və bu elmin nüfuzlu “Thomson Reuters” agentliyinin reyestrində yerləşdirilməsi, azərbaycanlı alimlərə, elm xadimlərinə onun veb-resurslardan, verilənlər bazasından istifadə etmək imkanlarının yaradılması zəruri məsələdir.  “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) Aparat rəhbəri Fuad Kərimov məlumat verib.

Onun sözlərinə görə, bazadan istifadə zamanı müəllif hüquqlarının qorunması da mühüm amildir: “Yəqin ki, beynəlxalq qanunvericiliyə uyğun olaraq, bu proseslər çərçivəsində müəllif hüquqları gözləniləcək. Müəllif Hüquqları Agentliyi tərəfindən zəmanət veririk ki, xarici müəlliflərin hüquqları Azərbaycan Respublikası çərçivəsində beynəlxalq qanunvericiliyə uyğun olaraq tənzimlənəcək və gözləniləcək”. 





 
HƏQİQƏT




Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024