12px13px15px17px
Tarix:09/10/12

Mobil telefonların İМЕİ-şifrələrinin qeydiyyatı sistemi tezliklə işə salınacaq

“Mobil telefonların İМЕİ-şifrələrinin qeydiyyatı sisteminin işə salınması bu ilin sonunadək baş tutacaq”. Bu barədə  məlumat verən  rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, artıq Nazirlər Kabinetinin müvafiq qərarı var və mobil operatorlarla aparılan işlər son mərhələdədir. O bildirib ki, mobil rabitə operatorları öz infrastrukturlarını qeydiyyat sisteminin tələblərinə uyğun hazırlamalıdırlar.

Qeyd edək ki, məlumat bazasının istifadəyə verilməsi ilə mobil telefon bazarının vəziyyəti barədə (bazarın həcmi, leqal və qeyri-leqal məhsulların miqdarı) təsəvvürə malik olmaq mümkün olacaq. Yeni sistem telefonların oğurlanması ilə effektiv mübarizə aparmağa tam imkan verəcək. İMEİ-şifrələrin qeydiyyatının hüquqi bazasının qüvvəyə minməsindən sonra mobil telefonlar proqram təminatı aparatına qoşulacaqlar ki, bu da oğurlanan və Azərbaycana qeyri-leqal şəkildə gətirilən telefonları söndürməyə imkan verəcək. Onu da bildirək ki,  Azərbaycanda İMEİ-şifrələrin qeydiyyatı sisteminin tətbiqi üçün əsas kimi Türkiyənin təcrübəsi götürülüb və azərbaycanlı mütəxəssislər həmin sistemlə ətraflı tanış olublar.

Türkiyədə İMEİ-şifrələrin qeydiyyatı sistemi dörd ay ərzində istismara verilib. Layihə iştirakçılarının bəyan etdikləri kimi, üç ay ərzində telefon aparatlarının oğurlanması 90 faiz azalıb.

Sistem oğurlanmış telefonun abunəçinin ərizəsindən sonra məsafədən şəbəkədən ayrılmasına və telefonun oğurlanmış və ya qeyri-leqal olması haqqında faktın təsdiqlənməsinə imkan verir. Türkiyənin hər üç operatorunda Ankarada yerləşən mərkəzlə birləşdirilmiş vahid sistem quraşdırılıb. İqtisadi baxımdan bu sərfəlidir. Çünki operatorlara sistemin ayrıca alınmasına vəsait sərf etmək lazım gəlmir. Analoji şəkildə sistemin əsas bazası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qurumunda yerləşəcək.

Məlumat bazası Azərbaycan ərazisinə gətirilən mobil telefonların İМЕİ-şifrələri hesabına doldurulacaq. Qeydiyyat həm gömrük orqanları vasitəsilə, həm də operatorun şəbəkəyə qoşulması ilə həyata keçiriləcək.

RƏVAN




Baxış sayı: 1061

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 İyul 2019

22/07/19
“5G” şəbəkəsinin tətbiqi mobil telefonların dinlənilməsini çətinləşdirəcək

“5G” texnologiyasının istifadəyə verilməsi hüquq-mühafizə orqanlarının cinayətkarların mobil telefonların

22/07/19
“Toyota” elektromobili olimpiada iştirakçılarına xidmət göstərəcək

2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunları dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi – Y

22/07/19
Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur

Koreya Elm və Texnologiyalar İnstitutunun mütəxəssisi Yunqsu Çanın rəhbərliyi ilə tədqiqat qrupu yüngül

22/07/19
“Google” aşkar edilmiş boşluqlar üçün məbləği üç dəfə artırıb

“Google” korporasiyası “Chrome” və onun komponentlərində aşkar edilmiş boşluqlar üçün mükafatlandı

22/07/19
Alimlər yeriş zamanı smartfonları enerji ilə doldurmağı öyrəniblər

Alternativ enerji axtarışında olan alimlər bəzən maraqlı texnologiyalar düşünürlər. Çinli alimlər tərəfin

22/07/19
“Huawei” şirkəti “Android” sisteminin əvəzlənməsi ilə bağlı məsələyə aydınlıq gətirib

“Huawei” şirkəti gələcəkdə də “Google” mobil əməliyyat sistemindən istifadəni planlaşdırır, “Hongmeng”

21 07 2019