12px13px15px17px
Tarix:10/10/12

“AzDataKom” şəbəkəsinin təqdim etdiyi xidmətlərin çeşidi artırılıb

Müasir informasiya və telekommunikasiya texnologiyaları özünün dinamik inkişaf potensialı ilə ayrı-ayrı müəssisələr və bütövlükdə cəmiyyət qarşısında əmək və məşğulluğun yeni formaları üçün böyük imkanlar yaradır.

Bu imkanların spektri gündən-günə genişlənir. İnformasiya və telekommunikasiya texnologiyalarının müasir mahiyyəti "Elektron hökumət" proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. Hal-hazırda Azərbaycanda "Elektron hökumət" proqramı uğurla həyata keçirilir.

Bu proqramın birinci mərhələsi bütün respublikanı əhatə edən vahid korporativ “AzDataKom” şəbəkəsinin yaradılması olub.
Məlumat Hesablama Mərkəzindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, davamlı olaraq beynəlxalq təcrübədən istifadə edilməklə “AzDatakom” şəbəkəsinin  xidmət sayının və keyfiyyətinin  artırılması  istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Görülən işlərin nəticəsidir ki, xidmətlərin çeşidi daha da artırılıb. Hazırda şəbəkə vasitəsilə yüksəksürətli internetə çıxış,  internet protokol üzərindən səs, virtual özəl şəbəkə, oyunlar və əyləncə, videokonferensiya,  distant təhsil,  teletibb, axın videosu,  sorğuya uyğun video,  məlumatın saxlanılması, sifariş  və  interaktiv xidmətlər təqdim edilir.

Xatırladaq ki, “AzDataKom” istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər hansı  ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksəksürətli multiservis şəbəkəsinə malikdir. 

CAHANGİR




Baxış sayı: 1362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024