12px13px15px17px
Tarix:10/10/12

Bakıda Türkiyənin məşhur İT şirkəti ilə görüş keçirilib

Beynəlxalq Sığorta Şirkətində ölkəmizin aparıcı sığorta şirkətlərinin Türkiyənin informasiya texnologiyaları sahəsinin lideri olan “Cybersoft” şirkəti ilə görüşü keçirilib. “ICTnews” elektron xəbər xidmətinin sığorta şirkətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycanda sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi perspektivləri müzakirə edilib.

Beynəlxalq Sığorta Şirkətinin nümayəndələri ilə yanaşı, tədbirdə “Paşa Sığorta”, “Atəşgah”, “İpək Yolu Sığorta”, “AtaSığorta”, “Xalq Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Günay Sığorta” şirkətlərinin rəhbərləri və İT bölmələrinin müdirləri iştirak ediblər.

Görüşdə “Cybersoft” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılmasının müasir həlləri nümayiş etdirilib. Tədbir iştirakçıları şirkətin proqram təminatı sahəsində digər məhsulları barədə, o cümlədən  CRM və elektron ticarət sistemləri sahəsi üçün proqram təminatları barədə də məlumatlandırılıblar.

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıq Məmmədov görüşdən sonra məlumat verərək bildirib: “Bu görüş birinci olduğuna və tanışlıq xarakteri daşıdığına baxmayaraq çox faydalı oldu. Biz sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı bir sıra sualları müzakirə edə bildik. Şirkətin təkliflərinin  bizə maraqlı olmasını deyə bilərəm”.

Qeyd edək  ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.
 
CAHANGİR





Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024