12px13px15px17px
Tarix:10/10/12

Yeni “iPod touch” pleyerləri satışa çıxarılıb

Beşinci nəsil “iPod touch” və yeddinci nəsil “iPod nano” mediapleyrlərinin tədarüklərinə başlanılıb. Qeyd edək ki, “Apple” şirkəti ötən ay yeniliklərin təqdimatı zamanı onların çıxarılma tarixini açıqlamamışdı.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, yeni “iPod touch” 4 düymlü ekran, “A5” prosessoru və 32-dən 64 QB-dək tutuma malik fləş yaddaş ilə təchiz edilib. Yığcam pleyer, həmçinin “Siri” səs köməkçisini dəstəkləyir, “Bluetooth 4.0” və “Wi-Fi” modullarına malikdir. Korpusun qalınlığı 6 millimetr, çəkisi 88 qram təşkil edir.

2012-ci ilin oktyabrın 12-də təqdim edilmiş “iPhone 5” smartfonu ilə birgə təqdim edilmiş “iPod touch 5G” məlumatların ötürülməsi və enerji toplamaq üçün yeni 8 kontaktlı “Lightning” konnektoru ilə təchiz edilib. Aparat 6 rəngdə (qara, ağ, qırmızı, boz, mavi, çəhrayı və sarı) satılır. Akkumulyatorun avtonom iş vaxtı musiqiyə qulaq asma rejimində 40 saat və videoya baxma rejimində isə 8 saat təşkil edir.

32 QB yaddaşa malik modelin qiyməti təxminən 300 dollar, 64 QB QB yaddaş malik versiyanın qiyməti 400 dollar təşkil edir.

Yeni “iPod touch” medipleyeri üçün yeni “EarPods” qulaqcıqları təklif edilir.Yeddinci nəsil “iPod nano” pleyerləri 250x432 piksel təsvir ölçüsünə malik 2,5 düymlü maye kristal ekran, 16 QB daxili yaddaş və musiqi parçalarının adlarını səsləndirən “VoiceOver” funksiyası ilə təchiz edilib. Qurğunun çəkisi 31 qramdır.
 


 
EMİL
 




Baxış sayı: 1204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024