12px13px15px17px
Tarix:10/10/12

“Macarıstanla Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığı üçün böyük potensial var”

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti oktyabrın 8-9-da Macarıstanda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçirilib.

Azərbaycan tərəfindən İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaya Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə nazirliklərinin, Mərkəzi Bankın, "Azərsu" ASC-nin yüksəkvəzifəli rəsmiləri daxil olub. Macarıstan tərəfi isə iclasda Macarıstanın Dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, iclasda Şahin Mustafayev ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində - rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və s. sahələrdə əməkdaşlığını diqqətə çatdırmış, iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Macarıstanın Dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. İclasda sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, ticarət, elm və təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə və bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılıb. Sonda Azərbaycan  Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasının yekunlarına dair Protokol imzalanıb.

Qeyd edək ki, Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə ki, Xarici işlər nazirinin müavini Xələf Xələfov, Təhsil nazirinin müavini Qulu Novruzov, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Rüfət Məmmədov Macarıstanın aidiyyəti qurumlarının rəsmiləri ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Macarıstanda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan - Azərbaycan biznes forumu da keçirilib. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.
 
 
HƏQİQƏT




Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.