12px13px15px17px
Tarix:11/10/12

“Samsung” şirkəti “Galaxy S III Mini” smartfonunu təqdim edəcək

“Samsung” şirkəti oktyabrın 11-də “Galaxy S III” smartfonunun kiçildilmiş versiyasını təqdim edəcək. Bu barədə “Röyters” agentliyi “Samsung”un mobil bölməsinin direktoru Conq Kyun Şinə (Jong-Kyun Shin) istinadən bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğu Almaniyada keçirilən təqdimatda elan ediləcək. Şin aparatın xüsusiyyətlərini açıqlamayıb. O əlavə edib ki, Avropada 4 düymlü ekrana malik smartfonlara tələbat çoxdur.

Aparatın qiyməti haqqında da məlumat verilməyib. “Samsung”dan verilən məlumata əsasən, “Galaxy S III Mini” (Röyters agentliyi aparatı belə adlandırır) büdcəyə uyğun telefon kateqoriyasına aid olmayacaq.
Məlumat üçün bildirək ki, “Samsung” şirkəti “Galaxy S III” smartfonunu 2012-ci ilin mayında təqdim edib.





EMİL




Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024