12px13px15px17px
Tarix:11/10/12

Kəndlərdə mobil bankomatlar qurulacaq

Pensiyaçıların 99,4 faizi pensiyalarını plastik kartlar vasitəsilə alırlar. Bu barədə  Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, pensiyaların ödənişi üzrə agent banklar - Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" əhalinin mobil bankomatlar vasitəsilə pensiyalara çıxışını yaxşılaşdıracaq.

Bu, bank sistemi vasitəsilə plastik kartlar yolu ilə pensiyaların ödənişi sisteminin təşkilinə dair işlərin alınması üçün tenderin şərtlərindən biri olub.

Qeyd edək ki, Beynəlxalq Bank üç belə bankomat sifariş edib, həmin bankomatlar tezliklə istismara veriləcək. Onlar ucqar kənd və ərazilərə göndəriləcək.





RƏVAN




Baxış sayı: 2405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024