12px13px15px17px
Tarix:12/10/12

“Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektiv inkişaf” mövzusunda elmi-təcrübi konfrans keçiriləcək

Azərbaycan İqtisadçılar İttifaqı, AMEA Elmi İnnovasiyalar Mərkəzi, Gəncə Regional Elmi Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə 11-13 dekabr 2012-ci il tarixində Gəncə şəhərində “Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektiv inkişaf” mövzusunda elmi-təcrübi konfrans və “Regional innovasiya sistemlərinin formalaşması” mövzusunda seminar keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Təşkilat Komitəsindən (TK) məlumat verilib. Komitədən bildirilib ki, elmi innovasiya sahəsində məşğul olan alimlər, dövlət qulluqçuları, praktiklər, ekspertlər və iş adamları elmi-praktiki konfransın işində iştirak etməyə dəvət edilirlər. Konfransda “Regional innovasiya fəaliyyətinin formalaşmasının zəruriliyi”, “Regional innovasiya fəaliyyətinin dövlət tənzimlənməsi”, “Regional innovasiya proqramı innovativ iqtisadi inkişaf bazası” kimi mövzular müzakirə ediləcək.

Müzakirəyə çıxarılacaq mövzular sırasında “İnnovasiya infrastrukturları”, “Regional innovasiya fəaliyyətinin informasiya təminatı”, “Regional innovasiya fəaliyyətinin investisiya təminatı”, “Gəncə-Qazax iqtisadi regionunun mövcud innovasiya durumu və onun yaxşılaşdırılması yolları” da yer alıb. Bundan başqa, konfrans çərçivəsində keçiriləcək seminarlarda da müvafiq sahələr üzrə müzakirələr nəzərdə tutulur.

Bu mövzulara “ Regional innovasiya fəaliyyətinin qiymətləndirilməsinin indikatorları”, “İnnovasiyalı texnologiyaların kommersiyalaşdırılması məsələləri”, “Regional innovasiya fəaliyyətinin kadr təminatı”, “Əqli mülkiyyət və onun qiymətləndirilməsi” daxildir. TK-dən qeyd edilib ki, seminar iştirakçılarına sertifikat təqdim ediləcək: “Konfransın proqramına daxil ediləcək məruzələr 15 noyabr 2012-ci il tarixindən gec olmayaraq Azərbaycan və ya rus dillərindən birində “A4” formatda elektron daşıyıcıda olmaqla Bakı ş., Mustafa Sübhi küç., 202/19, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindəki təşkilat komitəsinə təqdim edilməlidir.

Məqalələr “Microsoft Office Word 97-2003”, “Times New Roman”, 12 formatında yığılaraq, həcmi 5 səhifədən artıq olmamalıdır. Elektron variantı elektron poçtla da göndərilə bilər. Hər məqaləyə mütləq onun yazılış dilindən fərqli olan iki dildə annotasiya əlavə olunmalıdır”. Konfransın işçi dili Azərbaycan və rus dilləridir. Konfransda (Ünvan: Gəncə ş., Dövlət Aqrar Universitetinin akt zalı) iştirak etməyi planlaşdıranlar Təşkilat Komitəsinə əvvəlcədən məlumat verməlidirlər.
 
HƏQİQƏT




Baxış sayı: 1230

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024