12px13px15px17px
Tarix:21/07/11

“Apple” şirkəti kompyuterlərə internet vasitəsilə sifarişləri qəbul edir

“Apple” şirkəti “Mac” mini-kompyuterini yeniləyib və “Thunderbolt” texnologiyasının dəstəyi ilə 27 düyməli ekran istehsal edib. Bütün kompyuterlər “Thunderbolt” portlarına malikdirlər və “Mac OS X Lion” əməliyyat sistemi ilə işləyirlər.
“Mac” mini 3 standart konfiqurasiyada təklif ediləcək. İlk 2 konfiqurasiya belədir: 2 nüvəli “İntel Core i5” prosessoru, 2 və ya 4 qiqabayt əməli yaddaş və 500 Qbayt tutumla sərt disk. Üçüncü və ən güclü konfiqurasiya server konfiqurasiyası adlanır və 4 nüvəli “İntel Core i7” prosessoru, 4 qiqabayt əməli yaddaş və hər biri 500 Qbayt tutumda 2 sərt disk ilə təchiz olunub. ABŞ-da “Mac” mini-kompyuterinin qiyməti 599-dan 999 dollara qədər təşkil edəcək. “Apple” şirkəti kompyuterlərə internet vasitəsilə sifarişləri iyul ayının 20-dən qəbul etməyə başlayıb.
“Apple” şirkəti yeni “Mac” mini ilə bərabər, 27 düyməli “Apple Thunderbolt Display” monitoru istehsal edib. Şirkət onu dünyada “Thunderbolt” dəstəkli ilk ekran adlandırıb. Monitor 2560x1440 piksel kəskinliyi dəstəkləyir. Qurğunun korpusuna “FaceTime HD” kamerası və dinamiklər quraşdırılıb.
Ekranı digər qurğulara həm “Thunderbolt”, həm də “FireWire 800”, “USB 2.0” və “Gigabit Ethernet” interfeysləri vasitəsilə qoşmaq olar. Qurğu 999 dollar qiymətə ən yaxın 2 ayda Amerika mağazalarında satışa çıxarılacaq. “Thunderbolt” interfeysi “İntel” şirkəti tərəfindən hazırlanıb və məlumatları məftil ilə saniyədə 10 qiqabit sürətə qədər ötürməyə icazə verir. Onun “USB” və ya “FireWire” interfeyslərini əvəz edəcəyi gözlənilir.


lenta.ru



Baxış sayı: 1047

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024