12px13px15px17px
Tarix:15/10/12

Motorlu uşaq arabası yaradılıb

Britaniyalı mühəndis Kolin Ferz yenicə doğulmuş oğluna olduqca qeyri-adi nəqliyyat vasitəsi (motorlu üçtəkərli uşaq arabası) hazırlayıb. O, motosiklet mühərriki ilə təchiz edilib və saatda 80 kilometr (km) sürətlə hərəkət edə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, uşaq arabası dördpilləli sürət qutusu, idarəetmə lingləri və tormoz sistemi ilə təchiz edilib. Sürücü uşaq arabasını xüsusi platformada yerləşərək cihaz panelindən idarə edir. Qeyri-adi nəqliyyat vasitəsində çantalar üçün yer nəzərdə tutulub. Artıq “Ginnes rekordlar kitabı”nın nümayəndələri uşaq arabası ilə maraqlanıblar.

Məlumat üçün bildirək ki, Kolin Ferz əvvəllər dünyada ən uzun 25 oturacaqlı motosiklet, həmçinin saatda 115 km sürətlə hərəkət edən skuter hazırladığına görə artıq bir dəfə “Ginnessin rekordlar kitabı”na düşüb.




EMİL




Baxış sayı: 3546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024