12px13px15px17px
Tarix:15/10/12

Nəqliyyat sektorunda kart sisteminə keçid ilin sonunadək tətbiq ediləcək

Azərbaycanda nəqliyyat sektorunda kart sisteminə keçid ilin sonunadək tətbiq ediləcək. Bu barədə “ICTnews”-a məlumatı Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib.

Onun sözlərinə görə, Azərbaycanın Nəqliyyat Nazirliyinin Bakı şəhərinin ictimai nəqliyyatda vahid ödəmə sisteminin tətbiqi ilə bağlı həyata keçirdiyi işlər son  mərhələdədir. Onun sözlərinə görə, yeni sistem bütün nəqliyyat növlərində gediş haqqını ödəmək üçün vahid kartlardan istifadəni və elektron ödəməni həyata keçirmək üçün xüsusi avadanlıqların tətbiqini nəzərdə tutur.

“Metroda olduğu kimi, vahid ödəmə kartlarına gediş haqqı yükləmək üçün köşklər olacaq. Vətəndaşlar rahat şəkildə bu köşklərdə istəyinə uyğun olaraq gediş haqqı ödəyə biləcək. Bir daha qeyd edim ki, işlər irəliləyən hərəkətlə davam edir.”

N.Həsənovun sözlərinə görə, vahid ödəmə sistemi Bakı nəqliyyatının intellektual idarəetmə sisteminə uyğunlaşdırılacaq.

RƏVAN




Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024