12px13px15px17px
Tarix:15/10/12

“Unibank” kart sahibləri “Hesab.az” portalında bonus əldə edə bilərlər

Onminlərlə “Unibank” kart sahibləri noyabrın 1-nə kimi “Hesab.az” onlayn ödəmələr portalında üçqat bonus qazana bilərlər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda qeydiyyatdan keçən bank müştərilərinin əməliyyatları üzrə hər 1 AZN-ə 3 bonus xalı təqdim olunur. Nəticədə onların müxtəlif hədiyyə qazanmaq şansları da 3 dəfə artıb.

 Aksiya çərçivəsində həmçinin «ALBALI» taksit kartları üzrə müştərilərə 5 qat bonuslar təqdim edilir. Bu növ taksit kartları ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Qeyd edək ki, xüsusi olaraq nağdsız ödənişlər üçün “Unibank” tərəfindən buraxılan «ALBALI» kartlarını artıq “http://www.albali.az/” saytında sifariş etmək mümkündür. Taksit kartlarının sahiblərinə məbləği 3 min AZN-dək, müddəti isə üç ilədək kredit xətləri təqdim olunur.

 Xatırladaq ki, «GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” portalının bütün xidmətləri onlayn rejimində həyata keçirilir və pulsuzdur. Bütün tranzaksiyaların təhlükəsizliyi tanınmış “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin nəzarəti altında təmin olunur. “Hesab.az” istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələrinin, kommunal və digər şirkətlərin xidmətlərini plastik kartlar vasitəsi ilə ödəmək imkanı verir. Portalda qeydiyyatdan keçən 25 min istifadəçi şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyalarda hədiyyələr qazana bilər.

CAHANGİR




Baxış sayı: 1674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024