12px13px15px17px
Tarix:17/10/12

Fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 6,6 faiz artıb

2012-ci il oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 6,6  faiz artıb. Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 139 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 105 890 nəfərə yüksəlib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Fonddan bildirilib ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlardan 56,3 faizini kişilər, 43,7 faizini isə qadınlar təşkil edir.  Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 20,7 faizini 30 yaşa kimi vətəndaşlar, 23,4 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,5 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,8 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Qeyd edək ki, fərdi uçot – ölkə qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
 
HƏQİQƏT





Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020