12px13px15px17px
Tarix:21/07/11

“Ebay” şirkətin gəlirini aşağı salır

Dünyanın ən böyük internet hərracı “Ebay” bu gün ikinci rüb üzrə maliyyə hesabatını dərc edib. O bildirib ki, üçüncü rübdə göstəricilər bazar gözləntilərindən aşağı olacaq. Səbəb isə “Ebay” şirkətinin texnologiya platformasını müasirləşdirməsi və digər şirkətləri satınalma üzrə artan xərcləridir. İnternet hərracın proqnozlarına əsasən, üçüncü rübdə gəlir səhm üçün 46-47 sent təşkil edəcək. Bu da müstəqil treyderlərin səhm üçün gözlədikləri 48 sentdən aşağı olacaq.
Şirkətin icraçı direktoru Con Donaxyu bildirib ki, keçən il ərzində “Ebay” yeni bazarlara çıxış çərçivəsində 9 şirkət alıb. Elə bircə “GSI Commerce” şirkətini almaq ona 2,4 milyard dollara başa gəlib. Cari rübdə “Ebay” şirkətinin 2,85-2,95 milyard dollar səviyyəsində qazanc əldə edəcəyi gözlənilir. Treyderlər bu rəqəmin 2,71 milyard dollar olacağını proqnozlaşdırıblar. Donaxyu bildirib ki, şirkət indi ödənişin yeni imkanlarını yoxlayır və bu, gələcəkdə maliyyə nəticələrinə müsbət təsir edə bilər.
Xüsusən, “Ebay” “PayPal” ödəmə sisteminin bazarın yeni seqmentlərinə daxil edilməsi, həmçinin mobil telefonlara quraşdırılan “NFC” simsiz radiotexnologiya köməyi ilə ödəniş texnologiyaları üzərində işləyir. "PayPal” gələcəkdə bütün “NFC” telefonların bütün modelləri ilə işləyəcək, bu da riteylerə “PayPal” sistemi ilə birbaşa maqazinlərdə işləməyə icazə verəcək" – deyə Donaxyu bildirib. Bu gün məhz “PayPal” sistemi “Ebay” üçün nağd pulun əsas mənbəyi sayılır. Hal-hazırda “PayPal” demək olar ki, “Ebay”ın maliyyə nəticəsinin 40%-ni təşkil edir.


cybersecurity.ru



Baxış sayı: 1118

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024