12px13px15px17px
Tarix:18/10/12

Rəqəmsal taxoqrafların tətbiqi ilə bağlı İXM-ə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilir

Cari il,  16 oktyabr tarixindən başlayaraq Avropa Komissiyasının TAİEX (Texniki dəstək və İnformasiya mübadiləsi) Proqramı və Azərbaycan Respublikasının  Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Sürücülərin iş və istirahət rejiminə və rəqəmsal taxoqrafların tətbiqinə dair tələblərin pozulması zamanı inzibati cərimə və sanksiyalara dair qanunvericiliyin uyğunlaşdırılmasına dair” ekspertlərin iclası keçirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Tədbirdə rəqəmsal taxoqrafların tətbiqi ilə əlaqədar qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Ekspert missiyasında İspaniya Nəqliyyat Nazirliyinin nümayəndələri olan xanım Carmen Casal Sobrino,  cənab Luis Martinez Jimenez və cənab Andres Galvan Ramirez iştirak edirlər. Tədbir oktyabrın 19-da işini yekunlaşdırır.





CAHANGİR




Baxış sayı: 480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020