12px13px15px17px
Tarix:19/10/12

“SOCAR” qazma işlər üzrə müasir texnologiyaları tətbiq edir

Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Confidence Capital” şirkətinin direktoru Andrey Rudenko və icraçı direktoru Elena Miroşniçenko ilə görüş keçirilib.

Bu barədə “SOCAR”-ın mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov ARDNŞ-nin beynəlxalq şirkətə çevrilməsi istiqamətində həyata keçirilən kadr hazırlığı proqramından və təkmilləşdirmə xarakterli kompleks işlərdən danışıb.

Qeyd olunub ki, hazırda idarənin strukturunda 4 təlim mərkəzi fəaliyyət göstərir. Fuad Süleymanov idarənin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təşkil olunan kurslardan və verilən beynəlxalq statuslu sertifikatlardan, eləcə də yeni kursların tədrisi və sertifikatlaşma üzrə qurulan əməkdaşlıq əlaqələri haqqında da qonaqlara məlumat verib.

Andrey Rudenko təmsil etdiyi “Confidence Capital” şirkətinin MDB ölkələrində beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin və seminarların təşkili, habelə tədris-plan proqramlarının formalaşdırılması sahəsində fəaliyyət göstərdiyini bildirib.

“Confidence Capital” şirkəti risklərin idarə olunması, korroziyaya qarşı profilaktik tədbirlər, neft hasilatı, neft-qaz sənayesində idarəetmə və menecment, qazma üzrə müasir texnologiyanın tətbiqi, quyuların qazılması zamanı fontanın qarşısının alınması və s. ixtisaslar üzrə təlimlər təşkil etməkdə də zəngin təcrübəyə malikdir. Qonaq gələcəkdə təhsil mübadiləsi məqsədi ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

SEYMUR




Baxış sayı: 1465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024