12px13px15px17px
Tarix:19/10/12

Qaradağda müasir korporativ üslublu yeni poçt şöbələri yaxın vaxtlarda istifadəyə veriləcək

Qaradağ rayonunda poçt şöbələri yenidən bərpa olunur. Bu barədə “ICTnews”-a məlumatı 5 saylı poçt filialının rəisi Qurban Hacıyev verib. Onun sözlərinə görə, yeni poçt şöbələri Korgöz və Puta qəsəbələrində tikilir. Müasir korporativ üslublu yeni poçt şöbələri yaxın vaxtlarda istifadəyə veriləcək.

Bir daha qeyd edək ki, əvvəllər adıçəkilən qəsəbələrdə poçt şöbəsi mövcud olsa da, heç bir standarta cavab verməyib və rentabelli olmadığından bağlanıb. Hazırda bu qəsəbələrdə kifayət qədər insan yaşayır və onlar telefon və kommunal haqlarını ödəmək üçün Lökbatana, ən yaxşı halda yaxın digər qəsəbəyə getməli olurdular.

Rəis bildirib ki, yeni poçt şöbəsində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi, çatdırılması, kommunal xidmət haqlarının yığılması ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.

 Q. Hacıyev daha sonra bildirdi ki, poçt şöbələri maliyyə və bank xidmətləri də göstərəcək. “Poçtun bank və maliyyə xidmətlərinə qoşulması ilə burada valyutadəyişmə xidməti də tətbiq ediləcək. “Western Union” xidməti də vətəndaşların marağına səbəb olacaq”-  deyə o əlavə edib.

RƏVAN




Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020