12px13px15px17px
Tarix:19/10/12

Bakıda yeni poçtamt binası tikilir

“Azərpoçt” MMC ən yeni texnologiyaların tətbiqi ilə vətəndaşlara müasir poçt rabitəsi xidmətlərinin göstərilməsi istiqamətində yeni layihələr həyata keçirib. Müəssisədən verilən məlumata görə, qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində 11 ədəd poçtamt və 19 ədəd poçt şöbəsinin əsaslı təmiri, 7 ədəd poçt şöbəsinin tikintisi başa çatdırılıb.

Bundan başqa 16 poçt filialının inzibati binalarında müşahidə kameraları, mühafizə və yanğına qarşı siqnalizasiya sistemləri quraşdırılıb, 9 ədəd poçt şöbəsi binalarının tikintisi yekunlaşıb. Hal-hazırda 4 ədəd inzibati binanın, 1 ədəd poçt şöbəsi binasının əsaslı təmiri və 2 ədəd  poçt şöbəsinin tikintisi davam etdirilir.   

 Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq regionlarda 9 PŞ binasının tikintisi işlərinə başlanılıb. 2 ədəd PŞ binasının tikintisinə dair torpaq sahəsinin ayrılması barədə sərəncamın alınması üçün müvafiq rayonların icra hakimiyyəti başçılarına müraciətlər edilib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Bakı şəhərində 2 saylı poçt filialının yeni inzibati və 2 ədəd poçt şöbəsi binasının tikintisi işlərinə başlanılıb. 1 ədəd poçt şöbəsi binasının tikintisi üçün torpaq sahəsinin ayrılması istiqamətində işlər aparılır.

RƏVAN




Baxış sayı: 1479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024