12px13px15px17px
Tarix:20/10/12

www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 37 mini ötüb

Ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf  Nazirliyi tərəfindən yaradılmış http://www.icazeler.gov.az/ portalını sentyabr ayında 5800-dən çox internet istifadəçisi ziyarət edib. İnternet istifadəçilərinin 200-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Kanada, Belçika, Filippin, İtaliya, Özbəkistan və İsveç kimi ölkələrdəndir. Ümumilikdə isə, indiyədək portalın fəaliyyətindən 37500-ə yaxın internet istifadəçisi yararlanıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Sentyabrda portalın icazələr bölməsində daha çox gigiyenik və uyğunluq sertifikatlarına, mühəndis kommunikasiya xətlərinin təmiri və çəkilişi üçün sərəncama, obyektin tikinti-quraşdırma işlərinin aparılmasına dair icazə, küçə reklamı lövhəsinin yerləşdirilməsi, torpaq sahəsinin ayrılması və s. kimi icazəverici sənədlərə baxılıb.

Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən http://www.icazeler.gov.az/ portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
 
 
HƏQİQƏT




Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024