12px13px15px17px
Tarix:20/10/12

Səudiyyə Ərəbistanında olan “Azercell” abonentləri güzəştli danışıqdan yararlanacaq

12 oktyabr tarixindən etibarən Azərbaycandan  müqəddəs Həcc ziyarətinə yollanan ilk zəvvarlar üçün “Azercell Telekom” xüsusi endirim kampaniyası keçirir. Kampaniya çərçivəsində oktyabrın sonuna kimi Səudiyyə Ərəbistanında olan “Azercell”-lilər güzəştli rouminq tariflərindən yararlana biləcəklər.

Beləliklə, Səudiyyə Ərəbistanının “Mobily (Etihad Etisalat)”  mobil operatorunun şəbəkəsindən istifadə edən “Azercell” fakturalı xətt abonentləri daha aşağı tariflərlə danışır, SMS göndərə bilirlər. Bu müddət ərində fakturalı xətt abonentləri bütün istiqamətlərə zənglərin 1 dəqiqəsi üçün 0,70 AZN ödəyirlər. Eyni zamanda, hər istiqamətə 1 SMS 10 qəpik, istifadə edilən hər 1 MB internet trafiki üçün isə  70 qəpik tarifi tətbiq edilir.







RƏVAN




Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024