12px13px15px17px
Tarix:20/10/12

Rövnəq Abdullayev: «ARDNŞ quru ərazilərində yeni texnika və texnologiyalar vasitəsi ilə apardığı kəşfiyyat işlərini uğurla davam etdirir»

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə Amerika Birləşmiş Ştatlarının “ConocoPhillips” şirkətinin idarə heyətinin sədri Rayan Lənsin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə «ICTnews” elektron xəbər xidmətinə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, R.Abdullayev “ConocoPhillips” şirkətinin həm beynəlxalq miqyasda, həm də Azərbaycanda yaxşı tanındığını qeyd edərək deyib ki, adıçəkilən şirkətlə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizdə həyata keçirilən enerji layihələri haqqında danışan ARDNŞ prezidenti qonaqları “SOCAR”-ın yeni layihələri barədə məlumatlandırıb.
 
Azərbaycana əvvəlki səfərini xatırlayan “ConocoPhillips” şirkətinin idarə heyətinin sədri R.Ləns ötən müddət ərzində Bakının inanılmaz dərəcədə dəyişdiyini söyləyib. “ConocoPhillips”-in rəhbəri “SOCAR”-ın fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün əlverişli imkanların yaradıldığını qeyd edib  və əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildirib. Qonaq rəhbərlik etdiyi şirkətin müxtəlif ölkələrdə quru və dəniz ərazilərində, xüsusilə də Şimal dənizində fəaliyyətindən danışıb.

R.Abdullayev “ConocoPhillips” ilə ARDNŞ-nin quru ərazilərində yeni texnika və texnologiyalar vasitəsi ilə apardıqları birgə kəşfiyyat işlərinin uğurla davam etdiyini vurğulamış, şirkətlər arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və daha da dərinləşəcəyinə inandığını deyib.

SEYMUR




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024