12px13px15px17px
Tarix:22/10/12

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 897 min təşkil edir

2012-ci il oktyabrın 22-nə olan məlumata əsasən, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 897 min təşkil edir. Müqayisə üçün bildirək ki, 2012-ci il avqustun 31-də bu göstərici 870 minə bərabər idi.
“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda “Facebook“ istifadəçilərinin sayı 129540  və ya 16.88 faiz, 3 ay ərzində isə artım 52540 və ya 6.21 faiz artıb.

Son ay ərzində istifadəçi artımı 18.980 və ya 2.16 faiz təşkil edib.Son həftə ərzində Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 2460 nəfər və ya 0.27 faiz azalıb.
Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 85-ci yerdə qərarlaşıb. Müqayisə üçün: 2012-ci ilin yanvarında 91-ci, mayında 87-ci, iyununda 86-cı, iyulunda 85-ci, sentyabrında 84-cü mövqedə qərarlaşmışdı.

Azərbaycan reytinqdə Gürcüstan (87), Qazaxıstan (97), Estoniya (105), Belarus (107), Latviya (110), Ermənistan (115), Moldova (120), Özbəkistan (136), Qırğızıstan (152), Tacikistan (169) və Türkmənistan (198) ölkələrini qabaqlayıb.

“Socailbaker”in versiyasına görə, Azərbaycanda “Facebook”dan əhalinin 10.8 faizi və ölkənin ümumi internet istifadəçilərinin 24.32 faizi istifadə edir.

Azərbaycanda “Facebook” istifadəçilərinin 448500-ü 18-24 yaş aralığındadır.
Azərbaycanda “Facebook” pərəstişkarlarının əksəriyyəti (63 faiz) əvvəlki kimi kişilərdir.
 




ABŞ (167 milyon) “Facebook” istifadəçilərinin sayına görə əvvəlki kimi liderdir. İkinci yerdə Hindistan (60 milyon 349700), üçüncü yerdə Braziliya (60 milyon 251160), dördüncü yerdə İndoneziya (49 milyon 663300) qərarlaşıb.Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib. Vatikan ən az “Facebook” istifadəçisinə (20 nəfər) malikdir.


EMİL




Baxış sayı: 1325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024